DataLife Engine > Xəbərlər > “Qadın və Müasir Dünya” Mərkəzi Qobustan rayonunda “Şirvan zonasında qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı treninq proqramının həyata keçirilməsi” layihəsinin icrasına başlayıb.

“Qadın və Müasir Dünya” Mərkəzi Qobustan rayonunda “Şirvan zonasında qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı treninq proqramının həyata keçirilməsi” layihəsinin icrasına başlayıb.


11-09-2019, 21:18. Разместил: dadashov
04 uyil 2019 –cu il tarixdə tarixində treninqlər Qobustan rayonu qadınları üçün keçirilmişdir. Azərbaycan dövlətininn prioritet istiqamətlərindən biri ölkədə qadınların sosial, iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsidir. Bu gün ölkəmizdə cənab Prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qadınlarin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və məşğulluğun təmin olunması üçün münbit şərait yaranmışdır. Biz qadınlar bu işdə cənab Prezidentin bizə göstərdiyi etimadı doğrultmalı və yeni ideyalarla Azərbaycanın daha da inkişafı üçün birlikdə çalışmalıyıq. Sirr deyil ki, hər bir qadının parlaq uğura nail ola biməsi üçün bilik və bacarıqları artırılmalı,müxtılif maarifləndirici treninqlər ardıcıl keçirilməlidir. Treninqlələrin keçirilməsində trener, exspert, layıhə koordinatoru və layihə üzrə nəzərdə tutulmuş yaradici koolektiv iştirak etmişdir.

Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar və əldə olunan iqtisadi uğurlara öz töhfələrini verirlər. Qadınların iqtisadi sahədə fəallığının daha da artırılması üçün həvəsləndirici və təşviqedici tədbirlərin görülməsi bir QHT –nin də əsas istiqamətlərindən biridir. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün müxtəlif treninqlərin təşkil olunması, evdar qadınların sahibkarlığa cəlb olunması da bu tədbirlərdəndir. Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar.

 Eyni zamanda, regionlarında, yaşayan qadınlar özəl biznes və aqrar təsərrüfatlarını yaratmaq üçün bu treninqlərdə iştirak etdiklərini bildirmişlər.Ölkəzmizdə aparilan iqtisadi islahatlar,qururculuq işləri də Qobustan rayonunda əsaslı inkişfın göstəricisi kimi qiymətləndirilməlidir.Bunun nəticəsidir ki, son illərdə Qobustan rayonunda da qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycanda sahibkarlığın inkişafı uğurlu iqtisadi siyasətin əsas istiqamətlərindəndir və qadın sahibkarların bu prosesə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir.

Qadınlar bildirilmişlər ki, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində mühüm addımlar atılmısı vacibdir. Biz hər zaman uğur qazanmaq istəyiriksə, elə bu gün başlamalıyıq.


“Şirvan zonasında qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı treninq proqramının həyata keçirilməsi” layihəsinin icrasına başlayıb

“Şirvan zonasında qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı treninq proqramının həyata keçirilməsi” layihəsinin icrasına başlayıb

Вернуться назад