BIZƏ QOŞULUN
Dünyadakı qadın və qızlar sistem dəyişikliyini tələb edir və yaradır və hamı üçün davamlı bir gələcəyi təmin edir. Ədalətli gələcəyə nail olmaq üçün kollektiv gücə ehtiyacımız var - Sizə ehtiyacımız var.
“Qadın və Müasir Dünya” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Şirvan zonasında qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı treninq proqramının həyata keçirilməsi” layihəsinin icrasına başlayıb.12 iyul 2019-cu il tarixində tarixində treninqlər Şamaxı rayonu qadınları üçün keçirilmişdir. Azərbaycanda ardıcıl olaraq həyata keçirilən iqtisadi refermalar və iqtisadi fəaliyyətlərin əsas məqsədi iqtisadiyyat və biznesin, eyni zamanda fərdi sahibkarlığın inkişafı, iqtisadiyyatın və sosial aktivliklərin gücləndirilməsində mühüm rol oynayır.
Ancaq, təssüf ki, qadınlar bir çox hallarda biznes planlaşdırma, kreditlərdən istifadə və idarə etməsi sahəsində ciddi problemlərl üzləşirlər. Onların çoxu ciddi maliyyə çətinliklərinə və psixoloji duruma düşürlər.
İndi qadınların sahibkarlığın inkişafı üzrə təlim keçmələri lazım olduğundan çox danışılır. Bir çox təşkilatlar sahibkarlığın inkişafı üzrə məlumat verən qısa müddətli təlimlər keçirilməsinin lazım olduğunu ifadə edilirlər. Bu sahə üzrə səlahiyyəti olan təşkilatlar qadınların biznes hazırlığı üzrə birgə əməkdaşlıq haqqında memorandumları imzalayıblar, nəticələrə əsasən ali təşkilatlara təqdimatlar edirlər. Lakin məsələ yenə də öz həllini tapmır. Elə buna görə də “Qadın və Müasir Dünya” Mərkəzi dövlətin prioritet istiqamətlərindən biri olan ölkədə qadınların sosial, iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Bu gün ölkəmizdə cənab Prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qadınlarin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və məşğulluğun təmin olunması üçün münbit şərait yaranmışdır. Biz qadınlar bu işdə cənab Prezidentin bizə göstərdiyi etimadı doğrultmalı və yeni ideyalarla Azərbaycanın daha da inkişafı üçün birlikdə çalışmalıyıq. Sirr deyil ki, hər bir qadının parlaq uğura nail ola biməsi üçün bilik və bacarıqları artırılmalı, müxtılif maarifləndirici treninqlər ardıcıl keçirilməlidir. Treninqlələrin keçirilməsində trener, exspert, layıhə koordinatoru və layihə üzrə nəzərdə tutulmuş yaradici koolektiv iştirak etmişdir.
Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar və əldə olunan iqtisadi uğurlara öz töhfələrini verirlər. Qadınların iqtisadi sahədə fəallığının daha da artırılması üçün həvəsləndirici və təşviqedici tədbirlərin görülməsi bir QHT –nin də əsas istiqamətlərindən biridir. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün müxtəlif treninqlərin təşkil olunması, evdar qadınların sahibkarlığa cəlb olunması da bu tədbirlərdəndir. Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar. Eyni zamanda, regionlarında, yaşayan qadınlar özəl biznes və aqrar təsərrüfatlarını yaratmaq üçün bu treninqlərdə iştirak etdiklərini bildirmişlər. Ölkəzmizdə aparilan iqtisadi islahatlar,qururculuq işləri də Şamaxı rayonunda əsaslı inkişafın göstəricisi kimi qiymətləndirilməlidir. Bunun nəticəsidir ki, son illərdə Şamaxı rayonunda da qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artmışdır.
Azərbaycanda sahibkarlığın inkişafı uğurlu iqtisadi siyasətin əsas istiqamətlərindəndir və qadın sahibkarların bu prosesə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Qadınlar bildirilmişlər ki, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində mühüm addımlar atılmısı vacibdir. Biz hər zaman uğur qazanmaq istəyiriksə, elə bu gün başlamalıyıq .
Director of CWMW Sudaba Shiraliyeva at different meetings
Training on «Development of skills in sphere of tolerance and human rights at representatives of youth living in conflict zones of Azerbaijan and Georgia», 14-18 July, 2009, Shemakha
9 July, 2009 – Action for “Global Gun Destruction Day” in Azerbaijan, IANSA
12 August, 2009 – “Healthy Youth – Healthy Future” campaign, ASTRA Youth
International Conference on Population and Development (ICPD), Global Partners in Action: NGO Forum for Sexual and Reproductive Health and Development. September 2-4, Berlin, Germany
UNDERPINNING AND AND DEVELOPING THE DEMOCRATIC ELECTORAL PROCCESSES IN AZERBAIJAN.
Daycare Centre for Street Children “Ishiqli Ev”