• Cümə axşamı      2 aprel 2015     15:36:52  
.


Regionlarda yaşayan qadınların iqtisadi bilikləri artırılacaq - Şuranın dəstəyilə


“Qadın və Müasir Dünya” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Şirvan zonasında qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı treninq proqramının həyata keçirilməsi” layihəsinin icrasına başlayıb.
 
Layihənin məqsədi regionlarda qadınların sosial hüquqlarının  qorunması, sahibkarlığın inkişafı üçün qadınların bilik və bacarıqlarının artırılması, sahibkarlıq mühitinin stimullaşdırılması təşəbbüslərnin dəstəklənməsidir. 
 
Şirvan zonasının dörd rayonunda (Şamaxı, Ağsu, Qobustan və İsmayıllı) icra ediləcək layihə region qadınlarının orta və kiçik sahibkarlıq sahəsində biliklərinin, əmək bazarında qadınların rolunun arttırılmasına istiqamətlənmişdir. Rayonlarda layihənin təqdimatı keçiriləcək, regionlarda yaşayan qadınlar üçün sahibkarlıq və kiçik bisnesin inkişafı sahəsində təlimlər təşkil ediləcək.
 
Qeyd edək ki, layihə 4 ay müddətində icra ediləcək.


Regionlarda yaşayan qadınların iqtisadi bilikləri artırılacaq - Şuranın dəstəyilə



TARIX: 11-09-2019, 17:23
BAXİŞ: 2 835


» » Regionlarda yaşayan qadınların iqtisadi bilikləri artırılacaq - Şuranın dəstəyilə

BIZƏ QOŞULUN

Dünyadakı qadın və qızlar sistem dəyişikliyini tələb edir və yaradır və hamı üçün davamlı bir gələcəyi təmin edir. Ədalətli gələcəyə nail olmaq üçün kollektiv gücə ehtiyacımız var - Sizə ehtiyacımız var.