• Cümə axşamı      2 aprel 2015     15:36:52  
.


Ağsuda qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafına dair treninq təşkil edilib


“Qadın və Müasir Dünya” Sosial-Xeyriyyə Mərkəzi iyulun 10-da Ağsuda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılan “Şirvan zonasında qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı treninq proqramı” çərçivəsində birgünlük treninq keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Qadın və Müasir Dünya” Mərkəzinin direktoru Südabə Şirəliyeva layihənin Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarını əhatə edəcəyini deyib. Bildirib ki, 4 ay ərzində həyata keçiriləcək layihə regionlarda yaşayan qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı sahəsində bilik və bacarıqların artırılmasını, yeni iş yerlərinin açılması üçün treninq proqramının təşkilini nəzərdə tutur.
O, əsas məqsədlərinin iqtisadiyyatın davamlı inkişafında qadınların rolunun artırılmasına kömək etmək olduğunu söyləyib. Bildirib ki, hazırda kənd yerlərində yaşayan qadınların iqtisadi-sosial həyatda daha fəal iştirakı vacib məsələlərdən biridir. Ölkəmizdə əhalinin dörddəbirini təşkil edən kənd qadınlarının sosial-iqtisadi həyatda iştirakına xüsusi önəm verilir. Bu layihə kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqini gücləndirmək, kənd qadınlarının ictimai həyatda aktivləşməsi məqsədini güdür: “Bu gün kənd qadınları çox aktivdirlər. Kənd yerlərində yaşayan qadınların yeni iş yerləri tapmaları üçün bilik və bacarıqları artırılmalıdır. Regionlarda yaşayan və kiçik sahibkarlıqla məşğul olmaq istəyən qadınların, gənc xanımların və eləcə də məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək vermək bizim də bir QHT olaraq borcumuzdur”.
Sessiyalarda müxtəlif mövzularda çıxışlar olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ağsuda qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafına dair treninq təşkil edilib



TARIX: 11-09-2019, 21:22
BAXİŞ: 2 915


» » Ağsuda qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafına dair treninq təşkil edilib

BIZƏ QOŞULUN

Dünyadakı qadın və qızlar sistem dəyişikliyini tələb edir və yaradır və hamı üçün davamlı bir gələcəyi təmin edir. Ədalətli gələcəyə nail olmaq üçün kollektiv gücə ehtiyacımız var - Sizə ehtiyacımız var.