• Cümə axşamı      2 aprel 2015     15:36:52  
.


Şamaxıda qadınlar arasında orta və kiçik sahibkarlığın inkişafı treninq proqramı keçirilib



“Qadın və Müasir Dünya” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Şirvan zonasında qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı treninq proqramının həyata keçirilməsi” layihəsinin icrasına başlayıb.12 iyul 2019-cu il tarixində  tarixində  treninqlər Şamaxı  rayonu qadınları üçün keçirilmişdir. Azərbaycanda  ardıcıl olaraq həyata keçirilən  iqtisadi refermalar və  iqtisadi fəaliyyətlərin  əsas məqsədi iqtisadiyyat və   biznesin,  eyni zamanda  fərdi sahibkarlığın inkişafı, iqtisadiyyatın və sosial aktivliklərin gücləndirilməsində mühüm rol oynayır. 


Ancaq, təssüf ki, qadınlar bir çox hallarda  biznes planlaşdırma, kreditlərdən istifadə və idarə etməsi  sahəsində ciddi problemlərl üzləşirlər. Onların çoxu ciddi maliyyə çətinliklərinə  və psixoloji duruma düşürlər.

İndi qadınların sahibkarlığın inkişafı üzrə təlim keçmələri lazım olduğundan çox danışılır.  Bir çox təşkilatlar sahibkarlığın inkişafı üzrə  məlumat verən qısa müddətli təlimlər keçirilməsinin  lazım olduğunu ifadə edilirlər. Bu sahə üzrə səlahiyyəti olan təşkilatlar  qadınların biznes  hazırlığı üzrə birgə əməkdaşlıq haqqında memorandumları imzalayıblar,  nəticələrə  əsasən ali təşkilatlara təqdimatlar  edirlər. Lakin məsələ yenə də öz həllini tapmır. Elə buna görə  də “Qadın və Müasir Dünya” Mərkəzi dövlətin prioritet istiqamətlərindən biri olan  ölkədə qadınların sosial, iqtisadi, ictimai-siyasi həyatda rolunun genişləndirilməsi istiqamətində işləri davam etdirir.


 Bu gün ölkəmizdə cənab Prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qadınlarin   sahibkarlıq fəaliyyəti ilə məşğul olması və məşğulluğun təmin olunması üçün münbit şərait yaranmışdır. Biz qadınlar  bu işdə cənab Prezidentin bizə göstərdiyi etimadı doğrultmalı və yeni ideyalarla Azərbaycanın daha da inkişafı üçün birlikdə çalışmalıyıq. Sirr deyil ki, hər bir  qadının  parlaq uğura nail ola biməsi üçün bilik və bacarıqları artırılmalı, müxtılif maarifləndirici treninqlər ardıcıl keçirilməlidir. Treninqlələrin keçirilməsində trener, exspert, layıhə koordinatoru və layihə üzrə nəzərdə tutulmuş yaradici koolektiv iştirak etmişdir. 


Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar və əldə olunan iqtisadi uğurlara öz töhfələrini verirlər. Qadınların iqtisadi sahədə fəallığının daha da artırılması üçün həvəsləndirici və təşviqedici tədbirlərin görülməsi bir QHT –nin  də əsas istiqamətlərindən biridir. Qadınların  sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün müxtəlif treninqlərin təşkil olunması, evdar qadınların sahibkarlığa cəlb olunması da bu tədbirlərdəndir. Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar. Eyni zamanda, regionlarında, yaşayan qadınlar özəl biznes və aqrar təsərrüfatlarını yaratmaq üçün bu treninqlərdə iştirak etdiklərini bildirmişlər. Ölkəzmizdə aparilan iqtisadi islahatlar,qururculuq işləri də Şamaxı rayonunda əsaslı inkişafın göstəricisi kimi qiymətləndirilməlidir. Bunun nəticəsidir ki, son illərdə Şamaxı rayonunda da qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artmışdır.                                                                 


Azərbaycanda sahibkarlığın inkişafı uğurlu iqtisadi siyasətin əsas istiqamətlərindəndir və qadın sahibkarların bu prosesə cəlb olunması xüsusi əhəmiyyət kəsb edir. Qadınlar  bildirilmişlər ki, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində mühüm addımlar atılmısı vacibdir. Biz hər zaman uğur qazanmaq istəyiriksə, elə bu gün başlamalıyıq .


“Şirvan zonasında qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı treninq proqramının həyata keçirilməsi” layihəsinin icrasına başlanıb

“Şirvan zonasında qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı treninq proqramının həyata keçirilməsi” layihəsinin icrasına başlanıb







TARIX: 14-09-2019, 16:17
BAXİŞ: 2 531


» » Şamaxıda qadınlar arasında orta və kiçik sahibkarlığın inkişafı treninq proqramı keçirilib

BIZƏ QOŞULUN

Dünyadakı qadın və qızlar sistem dəyişikliyini tələb edir və yaradır və hamı üçün davamlı bir gələcəyi təmin edir. Ədalətli gələcəyə nail olmaq üçün kollektiv gücə ehtiyacımız var - Sizə ehtiyacımız var.