• Cümə axşamı      2 aprel 2015     15:36:52  
.


İsmayıllıda qadinlar arasında orta və kiçik sahibkarlığın inkişafı treninq proqramı keçirilib


“Qadın və Müasir Dünya” Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Belə ki, bu ildə   mərkəz tərəfindən  regionlarda yerli ekspertlərin iştirakı ilə sahibkarlar, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlər üçün  maarifləndirici tədbirlər keçirilir. “Qadın və Müasir Dünya” Mərkəzi Şirvan zonası rayonlarında  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılan “Şirvan zonasında qadınlar arasında sahibkarlıq və kiçik biznesin inkişafı treninq proqramı” çərçivəsində birgünlük treninqlərin  keçirilməsini davam etdirir.
Növbəti tədbir İsmayillı rayonu qadınları üçün keçirilmişdir.İsmayıllı da  20  çoxqadının iştirak etdiyi treninqdə iştirakçılara biznes-planların hazırlanması,  biznesintəşkili və idarə edilməsi,   layihələrinin hazırlanması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, ixrac bazarlarına çıxış imkanları, layihələrin idarə edilməsi və bacarıqların inkişaf etdirilməsi  barədə ətraflı məlumatlar verilmişdir. Bu tədbirlər çərçivəsində iştirakçılara “Qadıın və Müasir Dünya”  Mərkəzi tərəfindən hazırlanmış gündəlik və iş planı paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
Ölkəmizdə əhalinin dörddə birini təşkil edən kənd qadınlarının sosial-iqtisadi həyatda iştirakına xüsusi önəm verilir. Bu layihə kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqini gücləndirmək, kənd qadınlarının ictimai həyatda aktivləşməsi məqsədini güdür: “Bu gün kənd qadınları çox aktivdirlər. Kənd yerlərində yaşayan qadınların yeni iş yerləri tapmaları üçün bilik və bacarıqları artırılmalıdır.
 “Qadın və Müasir Dünya” Mərkəzi sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirəcək. Belə ki, bu il sahibkarlara zəruri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması istiqamətində tədbirlər və  təlimlər genişləndiriləcək, qadın  sahibkarların  təcrübəyə yiyələnməsi üçün onların gələcəkdə belə treninqlərdə  iştirakına şərait yaradılacaqdır.
 Beləliklə, Azərbaycanda sahibkarlığın inkişafı ölkəmizin iqtisadi tərəqqisində xüsusi rol oynayır və bu strategiyanın əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət dayanır.
Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, onlara zəruri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanmasıdır. Bu baxımdan sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayanşəxslərin maarifləndirilməsində, o cümlədən onlara metodiki köməkliyin, sahibkarların informasiya təminatının yaxşılaşdırılması  sahəsində biliklərin verilməsi  “Qadın və Müasir Dünya” Mərkəzinin gələcək planlarından bir olaraq qalır.


İsmayıllıda qadinlar arasında orta və kiçik sahibkarlığın inkişafı treninq proqramı keçirilib

 İsmayıllıda qadınlar arasında orta və kiçik sahibkarlığın inkişafı treninq proqramı keçirilib






TARIX: 11-09-2019, 21:23
BAXİŞ: 2 007


» » İsmayıllıda qadinlar arasında orta və kiçik sahibkarlığın inkişafı treninq proqramı keçirilib

BIZƏ QOŞULUN

Dünyadakı qadın və qızlar sistem dəyişikliyini tələb edir və yaradır və hamı üçün davamlı bir gələcəyi təmin edir. Ədalətli gələcəyə nail olmaq üçün kollektiv gücə ehtiyacımız var - Sizə ehtiyacımız var.